İsraildən 30-dan çox ölkədən İranla bağlı xahiş

 16-04-2024

İsrail Xarici İşlər Nazirliyi aprelin 16-da 32 ölkəyə müraciət edərək İranın raket proqramına qarşı sanksiyalar tətbiq etmək və İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanınmasını istəyib. 

Ölkə.Az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Kats öz "X" (keçmiş Twitter) sosial şəbəkəsində məlumat verib.

“Raket və PUA buraxılışlarına hərbi reaksiya ilə paralel olaraq, mən İrana qarşı diplomatik hücum həyata keçirirəm. Bu səhər mən 32 ölkəyə məktublar göndərdim və dünyanın onlarla xarici işlər naziri və aparıcı simaları ilə danışdım və İranın raket proqramına qarşı sanksiyaların tətbiq edilməsini və İranı cilovlamaq və zəiflətmək üçün SEPAH-ı terror təşkilatı kimi tanımağa çağırdım”, -israilli nazir yazıb.

Nazir onu da əlavə edib ki, nə qədər gec deyil İran durdurulmalıdır.

 

Bənzər yazılar

0.16340708732605