"Məni burada sayan yoxdur" - Aktyor Elməddin Cəfərovdan etiraz

 15-04-2024

Aktyor Elməddin Cəfərov "Demədi demə" layihəsində qonaq olub.

Axşam.az xəbər verir ki, aktyor "O dövrün aktyorları Səyavuş Aslan, Yaşar Nuri, Telman Adıgözəlov və indiki, Cəfərov, Fərda Xudaverdiyev, Müşviq Şahverdiyev... Müqayisə edəndə çoxu deyir ki, heyif köhnə aktyorlardan. Özünüzü onlarla müqayisə edəndə sizdə nə çatmır?" sualına əsəbiləşib. O, həmin dövrlə müqayisədə şəraitin eyni olmamasından gileylənib:

"Bəlkə də qalmaqal olacaq, amma deyim. O aktyorlar mənim üçün etalon, son həddir. Bəs onların öz cibindən maliyyələşdirib çəkdirdikləri filmləri sadalayın ki, Yaşar Nuri, Səyavuş Aslan bunu etdi. Sualın cavabı bəllidir. Mən öz cidimdən çəkirəm. Dövlət kömək etmir. 40 ildir köməksiz adamı rinqə qoyursan ki, heyif deyildi Tayson (red. - peşəkar boksçu Mayk Tayson)? Zarafat edirsiniz, bu nə sualdır? Məni Taysonla rinqə çıxarırsan, amma bir dəfə boksda döyüşməyi öyrətməmisən. Mən öz cibimdən etmişəm. Onların büdcəsi hətta o dövrdə 3-5 milyon rubl idi. İndiki pulla 10-15 milyon dollardır. Biz 100 min tapıb yalandan "Xoxan" çəkirik. Siz onu gətirib 15 milyonluq filmlə qoyub müayisə edirsiniz. Bu, zarafatdır?

Azərbaycan İngiltərəni niyə uda bilmir? Necə udsun? Onların özülü var. Bu yaxınlarda Qarabağın "Bayer"lə (Leverkuzen, Almaniya) oyunu oldu. Çoxu küsdü onlardan ki, niyə uduzdular? Ciddi deyirsiniz? Ora gəlib çıxmağımız böyük şeydir. Bəzən tərəzini qarışdırıq. Mənə nə vaxt o qədər pul verdilər, elə bil heyətlə çəkdilər, mən bacarmadım? Olmayan döyüşün sorğusunu aparırısınız. 

O qədər şərait yaratsalar... Niyə elə düşünürsünüz ki, Allah bir dəfə yaradır istedadlı insanları. Mən elə düşünürəm ki, Allah mənə də o istedadı verib. Ona vermişəm, buna verməyim daha bu ölkədə. Elə bir şey yoxdur. Yeni nəslə də verib. Amma o şərtlər var? Allahın 4 ili Qarabağın qalibiyyətinə bir film çəkilmir, gəlib məndən özəl filmi sorğulayırsınız. Bu cür suallar ədalətsizlikdir. Bəzən də sual verirlər ki, o nəsil yetişir? O nəslin yetişməyi üçün o münbit şəraitlər var idi".

Elməddin ölkədə keçirilən tədbirlərə dəvət almadığını da vurğulayıb:

"Azərbaycanda tədbirə məni Türkiyədən çağırırlar. Azərbaycanda sayıb-çağıran yoxdur ki, sən hara, ora hara? Nə olub ki, o tədbirə? Mən gələndə onun səviyyəsi aşağı düşür? Türkiyədən çağırıldığıma görə məni birinci sırada əyləşdiriblər. Allaha and olsun, çünki Türkiyədən dəvət olunmuşdum. 2-3 küçə bu tərəfdəyəm, məni sayan yoxdur. 

Bunun səbəbi özümüzü bəyənməməyimizdir. Türk onlara daha şirin gəlir. Azərbaycanda 17-18 ay filmə çəkildim, dəyər sıfırdır. Gedib Türkiyədə filmdə oynadım, dedilər ki, Elməddin kimi istedadlı aktyor yoxdur. Bu aktyor 2000-ci ildən özünü öldürür. Bizdə qırağa çıx, gəl, daha dəyərlisən. Sənin haqqında Türkiyədə kanallarda 2 süjet getsin, hamı ondan danışacaq ki, 900 minlik izləyicisi var. İndi də var da. O süjetdən əvvəldə var idi. Biz başqalarının gözündə dəyərli olanda özümüzü daha dəyərli bilirik. Belə özümüzə dəyər verə bilmirik. Bunun tarixi, coğrafi səbəbləri var". 

 

 

 

Bənzər yazılar

0.15819001197815