Uşaqlarda piylənmənin daha bir səbəbi tapıldı

 14-04-2024

Suonsi Universitetinin Psixologiya Məktəbinin yeni araşdırmasına görə, uşaqlığın ilk bir neçə ilində şəkərlə şirinləşdirilmiş içkilərin istehlakı yetkinlik yaşında piylənmə riskini artırır.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “European Journal of Clinical Nutrition” jurnalında dərc edilən araşdırmada yer alıb.

Araşdırmaçılar qidalanmanın yetkinlik yaşına qədər 14 000 britaniyalı uşağın üzərindəki təsirini izləyiblər.

Tədqiqat qrupu araşdırmalardan sonra aşağıdakı nəticələri açıqlayıblar:

  1. - İki yaşından əvvəl kola və ya şəkərlə şirinləşdirilmiş qazlı içkilər içən uşaqlar 24 yaşına kimi daha çox kökəliblər. Təmiz meyvə şirəsi içən uşaqların çəkisi isə dəyişməz qalıb.
  2. - Üç yaşında kola içən uşaqlar daha çox kalori, yağ, zülal və şəkər, lakin daha az lif istehlak ediblər. Əksinə, alma suyu qəbul edənlər daha az yağ və şəkər, lakin daha çox lif istehlak ediblər.

Tədqiqat həmçinin qida seçimlərində də müvafiq fərqlər tapıb. Alma şirəsi içən uşaqlar daha çox balıq, meyvə, yaşıl tərəvəz və salatdan ibarət pəhriz yeyir, kola içənlər isə daha çox burger, kolbasa, pizza, kartof qızartması, ət, şokolad və şirniyyat yeyiblər.

Bənzər yazılar

0.16043305397034