Minlərlə ton soğan zay olub - Fermerlər məhsullarını niyə sata bilmirlər?

 15-04-2024

Soğan əkən fermerlərin əksəriyyəti bu mövsümü ziyanla başa vurub.

TNS-in bölgə müxbiri xəbər verir ki, fermerlər sahələrdən bol məhsul götürsələr də, istehsal etdikləri məhsulları sata bilməyiblər. Anbarlarda minlərlə ton soğan yığılıb qalıb.

Ağdamdan olan fermer Murad Rüstəmov bildirib ki, ötən mövsüm 70 hektar ərazidə soğan becərib. Orta hesabla 70 sentnerədək məhsul əldə edib. Lakin topladığı məhsulu sata bilməyib.

s5

Fermerin sözlərinə görə, hazırda tonlarla məhsulu Ergi düzü adlanan ərazidəki anbarda zay olub, 600 ton mal isə Bərdədə soyuducu anbarda qalıb.

O, təkcə Ağdamda yox, ölkədə bütün soğan becərən fermerlərin eyni problemlə üzləşdiyini bildirib.

Murad Rüstəmov deyib ki, hazırda 32 kiloqram çəkisi olan 1 kisə soğan 5 manata satılır. Bu isə icarəyə götürdüyü soyuducu anbarın elektrik və daşıma xərclərini ödəmir. Soğanın 1 kiloqramının maya dəyəri 25 qəpikdir: “Orta hesabla 320 min manatdan çox ziyan dəyib. 2023-cü ilin fevralında soğan tənzimlənən məhsullar siyahısına salındı, ondan sonra bizim çətinliyimiz başladı. Məsələ belədir ki, Azərbaycanda istehsal olunan soğan daxili tələbatı artıqlaması ilə ödəyir. Əldə edilən məhsulun xeyli hissəsi artıq qalır. Burada tədbir görülməli, məhsulun xaricə satılmasına şərait yaradılmalıdır.

İndiyədək xarici ölkədə onlarla sərgidə iştirak etmişəm. Bu il şəxsən mənə Birləşmiş Ərəb Əmirliyi, Böyük Britaniya və Gürcüstandan soğan alışı üçün təklif gəldi. Amma biz məhsulu ölkədən çıxara bilmirik. Dövlətimizin dəstəyi sayəsində bu yerlərə gəlib çıxmışıq. Bütün növ texnikalarla təchiz olunmuşuq. Yüksək məhsuldarlıq əldə edirik. Amma sata bilmədiyimiz üçün minlərlə ton məhsul zay olur. Yaxşı olardı ki, soğanın xarici bazarlara çıxışı təmin olunsun, həm bizim zəhmətimiz hədər getməsin, həm ziyana düşməyək, həm də ölkəmizə valyuta gəlsin”.

s4s2s1

Bənzər yazılar

0.15795111656189