Azərbaycanda son sutkada 29 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

 21-03-2022

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 29 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 791 511 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 057 nəfər müalicə olunaraq sağalıb, 9 659 nəfər vəfat edib, aktiv xəstə sayı 795 nəfərdir. Ölkədə son sutka ərzində 2 506, hazırkı dövrədək isə 6 668 546 test aparılıb.

Bundan başqa, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 7 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 2 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 368 489, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 319 389, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 814 484, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 010 297, pozitiv nəticədən sonra buster doza olunanların sayı 224 319 təşkil edir.

Bənzər yazılar

0.229740858078