Azərbaycanda son sutkada 78 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib

 20-03-2022

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 78 yeni yoluxma faktı qeydə alınıb, 215 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 791 482 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 780 986 nəfər müalicə olunaraq sağalıb, 9 656 nəfər vəfat edib, aktiv xəstə sayı 840 nəfərdir.

Ölkədə son sutka ərzində 3 956, hazırkı dövrədək isə 6 666 040 test aparılıb.

Bundan başqa, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 12 966 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 668, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 501, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 10 039, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 758 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 368 482, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 319 389, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 814 484, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 010 292, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 224 317 nəfər təşkil edir.

Bənzər yazılar

0.20915508270264