Naməlum kişi meyiti AŞKARLANIB

 18-07-2022

Bakı şəhəri Nərimanov rayonu İbrahim Paşa Dadaşov küçəsi 50, blok 10 binasının zirzəmisində naməlum kişi meyiti aşkarlanıb.

Bina sakinlərinin məlumatına görə 35-40 yaşlı naməlum kişinin meyiti bir neçə gün öncə zirzəmidə qaldığına görə, meyit iylənib.

Hadisə ilə bağlı Nərmanov rayonu İbrahim Paşa Dadaşov küçə 50, blok 10 binasının sakinləri Nərimanov rayon Polis İdarəsinin əməkdaşlarına məlumat verdikdən sonra naməlum kişi meyiti Nərimanov Rayon Prokurorluğunun əməkdaşlarının işkirakı ilə tibbi-ekspertizaya göndərilib.

Sakinlərin dediyinə görə, naməlum kişi meyitinin yanında şpris və narkotik tərkibli maddə aşkarlanaraq götürülüb. İlkin ehtimala görə, meyiti tapılan şəxs yüksək dozalı narkotik istifadə etdiyinə görə ölüb.

Hadisə ilə bağlı Nərimanov rayon prokurorluğunda cinayət işi açılıb. Faktla bağlı araşdırma aparılır.

İnformasiya Şöbəsi
Millətin Səsi.info

Bənzər yazılar

0.21336007118225