Özünü öldürən vəzifəli şəxs KİMİN OĞLUDUR?

 14-07-2022

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirlinin intiharı faktı araşdırılır.

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini intihar edib. Hadisə Astara rayonu Rüdəkənar kəndində qeydə alınıb.

Orada kirayədə yaşayan, 1986-cı il təvəllüdlü Cahangirli Əli Nəcəfalı oğlu özünü asaraq öldürüb. Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırma aparılır.

Əli Cahangirli məşhur tarixçi və tədqiqatçı, Nehrəm Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin və BAO Mərkəzi Şurasının üzvü Nəcəfalı Cahangirlinin oğludur.

Əli Cahangirli 13 iyul 2022-ci ildə Astara rayonu Rüdəkənar kəndində intihar edib.

Mərhumun qardaşı Araz Cahangirli bildirib ki, hazırda qardaşının ölüm səbəbi araşdırılır:

"Qardaşım Astarada yaşadığı evdə intihar edib. Naxçıvanın Nehrəm qəsəbə qəbristanlığında torpağa tapşırılacaq”.

Onu da bildirək ki, bir müddət əvvəl Real TV-nin efirində onun müsahibəsi yayımlanıb.

Astara Gömrük postundan hazırlanan materialda inspektor Sahil Muradov və rəis müavini Əli Cahangirli gördükləri iş barədə məlumat veriblər.

Həmin görüntüləri təqdim edirik:



Xatırladaq ki, Ə. Cahangirli 12 il gömrük sistemində çalışıb. İşlə bağlı hansısa problemi olmayıb. Baş verən hadisə Astara rayon prokurorluğunda araşdırılır.

Bənzər yazılar

0.21221208572388