Nigeriyanın cənubunda qayığın aşması nəticəsində 17 nəfər ölüb.
Bu barədə ölkənin Fövqəladə Hallar üzrə Milli Agentliyinin nümayəndəsi İbrahim Farinloy bildirib.
“Axtarış işləri başa çatıb, sudan 17 nəfərin meyiti çıxarılıb”, - agentlik nümayəndəsi vurğulayıb.
Xatırladaq ki, hadisə iyulun 8-də ölkənin Laqos ştatında baş verib. Ötən gün yerli orqanlar dörd nəfərin öldüyünü bildirmişdilər.
Mənbə: TASS