Ölkədə daha 115 nəfər koronavirusa yoluxdu

 16-03-2022

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

Bundan başqa, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 17 574 vaksin vurulub.

Gün ərzində birinci doza vaksinlərin sayı 868, ikinci doza vaksinlərin sayı 1 729 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 14 072-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 905 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 303 938, birinci doza peyvəndlərin ümumi sayı 5 316 267, ikinci doza vaksinlərin sayı 4 807 323 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 2 959 219, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 221 129 olub.

Bənzər yazılar

0.21998500823975