Fransanın Paris Şəhər Şurası cümə günü yekdilliklə Fransa paytaxtı ilə Kiyev arasında əməkdaşlıq haqqında sazişi qəbul edib.
Bu barədə “Avropa həqiqətləri” məlumat yayıb.
Qeyd olunur ki, saziş Paris meri Ann İdalqonun aprel ayında Kiyevə səfəri zamanı imzalanıb.
“Paris Kiyev xalqı ilə həmrəydir və Ukrayna paytaxtının bərpasında iştirak edəcək”, - deyə İdalqonun beynəlxalq əməkdaşlıq və frankofoniya üzrə köməkçisi Arno Nqaça açıqlama verib.
Xatırladaq ki, mart ayında Paris meriyası yekdilliklə Ukraynanın paytaxtı Kiyevə “fəxri vətəndaşlıq” verilməsinin lehinə səs verib və şəhərə ilk dəfə belə statusun verilməsini istəyib.
Citoyenne d’honneur de la ville de @Paris, @Kyiv est désormais liée par un pacte de coopération voté à l’unanimité de notre Conseil ce matin. #Paris est aux côtés des Kiéviens et de leur municipalité pour la paix et la reconstruction de la capitale ukrainienne ????????????????@UKRinFRA pic.twitter.com/1KwwPJ93GW
— Arnaud Ngatcha (@ANgatcha9) July 8, 2022
Mənbə: Evropeyskaya pravda