Rasim Quliyev azadlığa çıxdı

 16-03-2022

Bakı şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

MillətinSəsi.info APA-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Rasim Quliyevin cəzası dəyişdirilərək 2 il müddətinə şərti hesab olunub.

O, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, Bakı şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Quliyev 3 il müddətinə azadlıqdan məhrum olunub.

Bənzər yazılar

0.21110320091248