Balta ilə insanları hədələyən ŞƏXS KİMDİR?

 05-07-2022

Bakı Metropolitenində balta ilə gəzən şəxsin görüntüləri yayılıb.

MillətinSəsi.info xəbər verir ki, öz videosunu çəkərək sosial şəbəkələrdə paylaşan şəxs balta ilə gəzdiyini bildirib və insanları ölümlə hədələyib:

“And olsun bizi yaradana. Bakı şəhərində qaşını-gözünü... Nə bilim özünü qadın kimi aparanlardan görsəm, Bakı şəhərində bu balta ilə... Bax metrodayam, həmin o qaşını-gözünü alanın başını kəsməsəm, adam deyiləm”.

Naməlum şəxs əlindəki baltanı da göstərib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, məsələdən xəbərdardırlar və qurumda müvafiq araşdırmalar başlanılıb.

Bakı Metropolitenində balta ilə videosunu paylaşan şəxs yeni görüntülərini yayıb.

İnsanları öldürməklə hədələyən şəxs barəsində xəbərlər yayıldıqdan sonra sosial şəbəkə hesabında yeni video paylaşıb. O, onu tənqid edən şəxləri qınayıb.

Həmin kadrları təqdim edirik:

 
DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, qeyd olunan videonu paylaşan şəxsin 39 yaşlı Roman Məmmədov müəyyən edilib və saxlanılıb.
 
"İlkin dindirilmə zamanı R.Məmmədov törətdiyi xuliqanlıq əməlini etiraf edərək bu tip videoları sosial şəbəkələrdə məşhurlaşmaq məqsədilə çəkdiyini, fərdi qaydada təmir-tikinti işləri ilə məşğul olduğunu və uzun müddətdir ki, o da digər ustalar kimi təmir alətləri ilə metrodan istifadə etdiyini bildirib. 

Sual: Onun həmin alətlə metroya daxil olmasını nə qədər düzgündür?
 
Bu gün insanlar ictimai nəqliyyatdan-avtobuslardan, eləcə də metrodan istifadə edərkən üzərilərində olan belə təsərrüfat alətləri ilə işə gedib-gəlirlər. Metrodakı müşahidə kameralarına da baxdıqda həmin şəxsin gündəlik olaraq əşyalarının polis əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra metroya daxil olması görünür. Odur ki, belə əşyaların metroya keçirilməsi orada xidmətdə olan polis əməkdaşlarının nəzarətinin zəif olması anlamına gəlməməlidir. Hazırda faktla bağlı cinayət işi başlanmış, istintaq tədbirləri həyata keçirilir", - deyə məlumatda qeyd olunub.

 

Bənzər yazılar

0.21659898757935