Meksika prezidenti ABŞ-dakı Azadlıq heykəlini sökməyi TƏKLİF EDİB

 05-07-2022

ABŞ məhkəməsi jurnalist Culian Assancı təqsirli hesab edərsə, Azadlıq Heykəlinin sökülməsinə ehtiyac yaranacaq.

Bu fikri bazar ertəsi mətbuat konfransında Meksika prezidenti Andres Manuel Lopez Obrador deyib.

“Əgər o, ABŞ-a gətirilib ən yüksək cəzaya, həbsxanada ölümə məhkum edilərsə, Nyu-Yorkda fransızlar tərəfindən bağışlanmış Azadlıq heykəlinin sökülməsi üçün kampaniya başlatmaq lazımdır. Çünki o, bir daha azadlıq simvolu olmayacaq”, - deyə dövlət başçısı bəyan edib.

O, gələn həftə Vaşinqtonda keçiriləcək danışıqlarda amerikalı həmkarı Co Baydenlə Assancla bağlı vəziyyəti müzakirə edəcəyini bir daha vurğulayıb.

Mənbə: TASS

Bənzər yazılar

0.21017622947693