Saatlıda kütləvi zəhərlənmə OLUB

 04-07-2022

Saatlı rayonunda kütləvi zəhərlənmə olub.

“Kriminalqafqaz” xəbər verir ki, rayonun Nərimankənd kəndində fermer Lətifşah Qəhrəmanova məxsus pambıq sahəsində zəhərlənən 8 qadın Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlara kimyəvi maddədən zəhərlənmə diaqnozu qoyulub və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Zəhərlənən şəxslər bunlardır:

Nurəngiz Şövkətova – 1985

Zilan Şövkətova – 2007

Səlamət Qəhrəmanova – 1961

Arzu Qəhrəmanova – 1987

Zamirə Qhərəmanova – 1988

Aygün Şəvgiyeva – 1995

Ayşəgil Qəhrəmanova – 2000

Rusiya vətəndaşı Dilbər Qəhrəmanova – 1995.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, ötən gün Bakı şəhər Nəsimi rayonunda yerləşən "Bolmart" supermarketində də kütləvi zəhərlənmə qeydə alınıb.

Bənzər yazılar

0.21787977218628