Səhiyyə Nazirliyinin 2,3 milyonluq tenderini “Pro Construction Company” MMC şirkəti uddu

 11-10-2023

Səhiyyə Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Pro Construction Company” MMC olub.

Yeniavaz.com xəbər verir ki, Nazirlik səhiyyə müəssisələrində cari təmir işlərinin aparılmasına görə “Pro Construction Company” MMC-yə 2 milyon 314 min 200 manat ödəyəcək.

Nizamnamə kapitalı 10 manat olan “Pro Construction Company” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov (Buzovna), ev 4, mənzil 74-də yerləşir. Şirkətin qanuni təmsilçisi Məhərrəmov Elnur Elşad oğludur.

Elnur Əli

Bənzər yazılar

0.064450025558472