Yaşyarımlıq Zəhranın erməni vandalizminin qurbanı olmasından BEŞ İL ÖTÜR

 04-07-2022

Bu gün yaşyarımlıq Zəhra Quliyevanın Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən beş il ötür.

2017-ci il iyulun 4-də saat 20:40 radələrində Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı qəsəbəsi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Həmin vaxt Füzuli rayonunun Alxanlı kənd sakinləri 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı və 1967-ci il təvəllüdlü nənəsi Quliyeva Sahibə İdris qızı Ermənistan silahlı qüvvələrinin minaatan və qumbaraatanlardan atəşi nəticəsində həlak olublar.

Habelə, atəş nəticəsində rayon sakini, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı yaralanıb və xəstəxanaya çatdırılıb.

Bənzər yazılar

0.21723818778992