Tom Kruz 60 yaşını QEYD EDİR

 03-07-2022

Amerikalı kinoaktyor, rejissor, ssenarist və prodüser Tom Kruz 3 iyul 1962-ci ildə ABŞ-ın Nyu-York ştatının Sirakuza şəhərində anadan olub.

Onu Amerika kinosunun ən məşhur və ən yaraşıqlı nümayəndələrindən biri, “xəyallar fabriki”nin təcəssümü adlandırırlar.

Kruz ilk rolunu 1980-ci ildə “Sonsuz Sevgi” filmində oynayıb. İlk uğurunu isə 1983-cü ildə çəkildiyi “Riskli Biznes” filmilə qazanıb. “Yağış adamı” (1988) və “İyulun 4-də doğulan” (1989) filmləri aktyora dünya şöhrəti gətirib.

Bu gün Tom Kruzun filmoqrafiyasında 40-a yaxın rol var. Aktyor üç dəfə “Qızıl Qlobus” mükafatı qazanıb və üç dəfə “Oskar”a namizəd olub.

Mənbə: Teachron

Bənzər yazılar

0.22079110145569