AZAL-ın İstanbul-Bakı istiqaməti üzrə uçan təyyarədə TEXNİKİ PROBLEM YARANIB: “7 saatdır AZAL-ın təyyarəsinin düzəlməsini gözləyirik”

 02-07-2022

AZAL-ın İstanbul-Bakı marşrutu üzrə hərəkət etməli olan təyyarəsində hələ də texniki problem davam edir.

MillətinSəsi.info xəbər verir ki, bu barədə jurnalist Aygün Muradxanlı feysbuk səhifəsində yazıb:

“AZAL-ın 12.20-də İstanbul-Bakı marşrutu üzrə hərəkət etməli olan uçağında texniki problem yarandığı üçün uçuş 7 saatdır gecikir. 10 saata yaxındır sərnişinlər İstanbul Hava Limanındadırlar. Tranzit uçanlar daha çox. Hamı əldən düşüb. AZAL deyir, düzəlməsə, Bakıdan yeni uçaq göndəriləcək. 7 saat düzəlməmək üçün bəs deyil?”

Bu barədə AZAL-ın yaydığı məlumatda bildirilir ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinin İstanbul-Bakı (J2-076) marşrutu üzrə həyata keçirilən reysinin uçuş saatı texniki səbəbdən (kondisioner sistemi ilə yaşanan problem) gecikir.

Məlumata görə, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq lazımi əşyalarla təmin olunacaqlar.

Bənzər yazılar

0.20571804046631