Gəncə şəhər Uşaq xəstəxanasında 7 yaşlı uşaq öldü: Faktla bağlı araşdırma başladıldı

 14-03-2022

Gəncə şəhərində 7 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib. 

Bizim.Media-nın yerli bürosunum məlumatına görə, 2015-ci təvəllüdlü Hacıyev Fuad ağır vəziyyətdə 2 saylı Gəncə şəhər Uşaq xəstəxanasına daxil olub.

Həkimlərin müdaxiləsinə baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb. 

Xəstəxanadan bildirilib ki, F.Hacıyev tibb müəssisəsinə aqonal vəziyyətdə gətirilib və o, uşaqlıqdan serebral iflic xəstəliyindən əziyyət çəkib.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.2358500957489