Gözəl və cazibədar aktrisa Meqan Foks İMİCİNİ DƏYİŞİB

 28-06-2022

Dünya şöhrətli aktrisa Megan Foks populyarlıq dalğasını hər vasitə ilə özünə daha çox diqqət çəkməyə çalışır. 

MillətinSəsi.info xəbər verir ki, gözəl və cazibədar aktrisa imicini köklü şəkildə dəyişib. 

36 yaşlı Foks "Çəhrayı həyat" filminin qala gecəsinə yeni saç düzümü ilə qatılıb. Meqan uzun qara saçlarını, açıq çəhrayı rəngə boyadaraq diqqətləri üzərinə cəmləyib. Ulduzun yeni obrazı isə sosial şəbəkə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Çoxları aktrisaya çəhrayı saç düzümünü yaraşdırmadığını yazıblar.  

Ondan əvvəl isə çəhrayı rəngi saçlarında sınaqdan keçirən isə 30 yaşlı sevgilisi “Machine Gun Kelly” ləqəbli Kolson Beyker olub.  

İndi cütlüyün hər şeydə tam uyğunluğu var. 



Bənzər yazılar

0.21985697746277