Aktrisa Çimnaz Sultanova SPA MƏRKƏZİNDƏ - VİDEO

 28-06-2022

Bir neçə gün öncə aktrisa Çimnaz Sultanova facebook sosial şəbəkəsindəki şəxsi səhifəsində SPA mərkəzlərinin birində hamamda çəkdiyi video görüntülərin paylaşıb. 

Baki.Media xəbər verir ki, aktrisa Çimnaz Sultanova SPA istirahət mərkəzində öz gözəlliyini nümayişkəranə şəkildə çəkərək facebook sosial şəbəkəsində səhifəsinin izləyicilərinə təqdim edib.

Xatırladaq ki, bir müddət öncə aparıcı  Zaur Kamal verilişinin qonağı olan aktrisa Çimnaz Sultanovaya "Nə vaxt həyəcanlanırsan?". deyə müraciət edib.

Cazibədar aktrisa canlı yayımda səmimi cavabı ilə hər kəsi təəccübləndirib: "Hamam otağından çıxanda özüm-özümə güzgüdə baxanda elə həyəcanlanıram ki... Başqa şey denən".

Zaur aktrisanın sözünü yarıda kəsərək "Mən sizi bilirsiniz nə vəziyyətdə görmək istərdim?" deyib. Çimnaz aparıcıya fikrini tamamlamağa imkan verməyib: "Onu sonra, onu hammı görmək istəyir. Amma olmaz, efirdir". 

Zaur "İndi deyirəm, mən sizi qrimsiz görmək istəyirəm" açıqlamasını edərək Çimnazın yanlış fikirdə olduğunu bildirib. Söz altında qalmağı sevməyən aktrisa aparıcıya "Mən də səni keçəl görmək istəyirəm. Mən səni nə vaxt keçəl görəcəmsə, sən də məni qrimsiz görərsən" cavabını verib.

Bənzər yazılar

0.22059488296509