Rusiya qoşunlarının Kiyevdə atdığı raketlərdən biri Şevçenkovski rayonundakı uşaq bağçasına düşüb.
MillətinSəsi.info xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko məlumat verib .
Qeyd olunub ki, bağçanın həyətindəki uşaq meydançasının yerində diametri 7 metr olan nəhəng çuxur əmələ gəlib. Bağçanın binasına da ziyan dəyib. Partlayış dalğası bütün şüşə və pəncərə çərçivələrini sıradan çıxarıb.
Bildirilib ki, zərbə endiriləbn zaman uşaq bağçası boş olub.