Marmarisdəki meşə yanğını nəzarət altına ALINIB –  VİDEO

 22-06-2022

Türkiyənin Muğla vilayətinin turizm rayonu Marmarisin meşəlik ərazisində gecə saatlarından güclənən yanğın yaşayış yerlərinə yaxınlaşır.

Bu səbəblə 30 evdə insanların təxliyəsinə başlanılıb.

İnsanlar evlərini boşaltmağa və axurlarda heyvanları çıxarmağa başlayıblar.

Yanğın küləyin təsirindən geniş əraziyə yayılıb. Yaxın rayonlardan da bölgəyə yanğınsöndürən qruplar cəlb edilib.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi Muğlanın Marmaris rayonunda baş verən meşə yanğınının böyük ölçüdə nəzarət altına alındığını bildirib.

O, daxili işlər naziri Süleyman Soylu ilə birgə yanğınla mübarizəni bilavasitə bölgədən izləməyə davam edir.

Nazirin sözlərinə görə, hazırda Marmarisdə yanğınla mübarizə 20 helikopter və 14 təyyarə ilə aparılır.

Qeyd edək ki, yanğın dünən saat 20.00 radələrində başlayıb və küləyin təsiri ilə ətrafa yayılıb.

Mənbə: “Anadolu”

Mənbə: İHA

Bənzər yazılar

0.21276497840881