Azərbaycanda daha 192 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb

 13-03-2022

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 192 yeni yoluxma faktı qeydə alınıb, 406 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 790 767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 417 nəfər müalicə olunaraq sağalıb, 9 611 nəfər vəfat edib. 1 739 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 435, bu günə qədər isə ümumilikdə 6 632 882 test icra olunub.

Bundan başqa, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 804 vaksin vurulub.

Gün ərzində birinci doza vaksinlərin sayı 862, ikinci doza vaksinlərin sayı 1 354 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 13 624-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 964 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 263 746, birinci doza peyvəndlərin ümumi sayı 5 314 246, ikinci doza vaksinlərin sayı 4 803 742 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 2 926 667, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 219 091 olub.

Bənzər yazılar

0.22044706344604