COVID-19-la mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti ARTIRILIB

 17-06-2022

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.

Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2022-ci il iyulun 1-dək veriləcək.

Əvvəl bu müddət 2022-ci il mayın 1-dək müəyyən edilmişdi.

Bənzər yazılar

0.20289015769958