Baldızı və uşaqlarını öldürən müəllimlə bağlı cinayət işinin ibtidai istintaqı TAMAMLANIB

 17-06-2022

Bakıda qadını və iki uşağını öldürməkdə təqsirləndirilən şəxslə bağlı istintaq yekunlaşıb.

Nizami rayon prokurorluğundan "Kriminalqafqaz"a bildirilib ki, bu il fevralın 20-də kirayədə yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladının qəsdən öldürülməsi faktı üzrə cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla, zərərçəkmişlərin qohumu 1981-ci il il təvəllüdlü Əhəd Əliyev tərəfindən bıçaqla Gülnar Qaraxanova və iki azyaşlı övladına xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Əhəd Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

usaqlar

Bənzər yazılar

0.21459317207336