İki qardaşın 12 yaşlı qızı qarşı SEKSUAL XARAKTERLİ ZORAKILIQ ƏMƏLLƏRİ...

 16-06-2022

Bakıda qızının seksual xarakterli zorakılıq hərəkətləri ilə üzləşdiyini bildirən şəxs polisə müraciət edib.

Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, Qala qəsəbə sakini, 1980-ci il təvəllüdlü C.C müraciətində bildirib ki, qonşuluqda yaşayan 1988 və 1989-cu il təvəllüdlü iki qardaş onun 12 yaşlı qızına qarşı seksual xarakterli zorakılıq əməlləri törədib.

O bildirib ki, hadisə iyunun 5-də saat 13 radələrində baş verib.

Mürciətlə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Bənzər yazılar

0.21650910377502