Yelloston parkı 34 ildə ilk dəfə təbii fəlakətə görə BAĞLANDI - VİDEO

 15-06-2022

ABŞ-da 34 ildə ilk dəfə olaraq Yelloston Milli Parkının girişinin beşi də bağlanıb.

Buna səbəb leysan yağışlara görə böyük daşqınlar olmasıdır. Parkın hər yerində elektrik enerjisinin verilişində fasilələr müşahidə olunub.

İlkin hesablamalara görə, parkın bir çox yolları ya yuyulub, ya da daş və palçığa qərq olub, bir neçə körpü zədələnib.

Proqnozlara görə yağıntılar davam edəcək, bu səbəbdən bərpa işlərinin aylarla çəkə biləcəyi deyilir.

Mütəxəssislər dağıntıların nəticələrini öyrənir.

Bundan əvvəl park 1988-ci ildə dəhşətli meşə yağınları zamanı tamamilə bağlandı.

Mənbə: France 24

Bənzər yazılar

0.20471906661987