Gənclər və İdman Nazirliyinin “gənc” şirkətlərlə şübhəli yaxınlığı... – FAKTLAR

 02-03-2022

Sabunçu rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “FALESON ” MMC (VÖEN- 1604643141) olub.

Müsabiqənin şərtlərinə görə, “FALESON ” MMC aşağıda adları qeyd olunan malları Gənclər və İdman İdarəsinə satacaq və qarşılığında 29 min 665 manat alacaq:
- Diplom (rəngli A4 üzü parıltılı vatman) – 1600 ədəd
- Diplom üçün çərçivələr – 1 600 ədəd
- Кubok ( I yer II yer III yer) – 9 ədəd
- Qol saatı – 300 ədəd
- Baner çapı – 120 kv.m.
- Bayraq milli (balaca) – 2 000 ədəd
- Qızılgül (təbii) – 1000 ədəd
- Döş nişanı – 1 000 ədəd
- Buklet çapı (A4 vərəqin 3 yerə qatlanması) – 400 ədəd

Tender müsabiqəsində diqqət çəkən məqamlardan biri odur ki, qalib şirkət yeni yaranıb.
Sabunçu rayon Gənclər və İdman İdarəsi tender müsabiqəsini 07.02.2022-ci il tarixində elan edib. Qalib şirkət olan “FALESON” MMC isə bundan cəmi bir ay əvvəl - 06.01.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı “Nizami rayonu, Məşədi Hilal Kazımov, ev 40”da yerləşir. Qanuni təmsilçisi Hüseynov Bəxdiyar Rəhman oğludur.

Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi bir ay əvvəl yaranan şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Müsabiqə ilə bağlı diqqət çəkən məqamlardan digəri isə qalib şirkətin dövlət qeydiyyatına alındığı ünvanda yaxın tarixlərdə 200-ə yaxın şirkətin qeydiyyata alınmasıdır. Bu şirkətlərin bir-çoxunun qanuni təmsilçiləri də eyni şəxslər olub.
Onu da qeyd edək ki, bu şirkətləri birləşdirən təkcə onların eyni ünvanda qeydiyyatda olması deyil. Şirkət adlarındakı bənzərlik də bu şirkətlərin bir-birilə hansısa əlaqələrinin olduğunu göstərir.

“FALESON” MMC ilə birgə “ Məşədi Hilal Kazımov, ev 40” qeydə alınan şirkətlər bunlar olub:





Qeyd edək ki, Gənclər və İdman İdarələri tərəfindən daha əvvəl də yeni yaranan, təcrübəsiz şirkətlər tenderin qalibi elan ediblər.

Bənzər yazılar

0.2029881477356