ABŞ-da it evi YANDIRDI - VİDEO

 14-06-2022

ABŞ-ın Missuri ştatında evdə baş verən yanğının səbəbkarı it olub.

Hadisə otaqda quraşdırılmış müşahidə kamerası tərəfindən qeydə alınıb.

Videoda itin sobanın üstünə toxunduğu görünür.

Yanğınsöndürənlərin sözlərinə görə, heyvan sobanı işə salıb və qazı yandırıb. Bu zaman ocağın üstündə içərisində yağlı yemək olan tava olub. Yanğına səbəb də məhz tavadakı yağın alışması olub.

Məlumata görə, yanğın zamanı evdə iki itdən başqa heç kim olmayıb və tüstünü görən qonşular yanğın barədə xəbər veriblər.

Heyvanların xilas edilsə də, yanğın nəticəsində evə ciddi ziyan dəyib.

Mənbə: FOX

Bənzər yazılar

0.24422287940979