Dostları bəyə BAŞDAŞI HƏDİYYƏ ETDİLƏR  

 14-06-2022

Türkiyənin Sakarya şəhərinin Adapazarı rayonunda ailə həyatı quran gəncə başdaşı hədiyyə olunub.

Cütlüyün ailəsi və dostları bəy və gəlinə qızıl və pul bağışlamaq üçün növbəyə düzülüblər.

Bəyin dostları isə zinət əşyaları taxılan zamanı “Kurtlar Vadisi” filminin musiqi sədaları altında bəyə adı yazılmış başdaşı verib və dua oxuyublar. Başdaşının üstündə ölüm tarixi kimi gəncin evləndiyi gün yazılıb.

Gülüşə səbəb olan həmin an mobil telefon kamerası ilə lentə alınıb.

 

Mənbə: İHA

Bənzər yazılar

0.21255898475647