Uzun saçlarını kəsdirməkdən İMTİNA EDƏN “Taliban” döyüşçüləri MÜRACİƏT YAYIBLAR - VİDEO

 14-06-2022

Əfqanıstanda bir qrup “Taliban” döyüşçüsü uzun saçlarını kəsdirməkdən imtina etdiklərinə görə təzyiqlərə məruz qaldıqlarını bildiriblər.

Döyüşçülər videomüraciət vasitəsi ilə iddia ediblər ki, Qadağalar Nazirliyi şəxsi heyətin zahiri görünüşünü səliqəyə salmaq adı altında onlardan saçlarını zorla qısaltmağı tələb edir.   

Döyüşçülər saçlarını kəsdirməkdən imtina etdiklərinə görə hərbi rəhbərlik tərəfindən təhqir və təzyiqlərlə üzləşdiklərini vurğulayıblar.

Məlumat üçün qeyd edək ki, Əfqanıstanın aparıcı etnosu olan puştun kişiləri arasında uzun saç saxlamaq və gözə sürmə çəkmək ənənəsi var.

Mənbə: Sputnik Əfqanıstan

Bənzər yazılar

0.21671485900879