Snayperlərin peşəkarlığı ARTIRILIR - VİDEO

 13-06-2022
2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda snayperlərin peşəkarlığının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlim keçirilir.
 
Bu barədə MillətinSəsi.info-a Müdafiə Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, təlim zamanı snayperlər gecə və gündüz vaxtı atəş mövqeyinin seçilməsi, fərdi və qrup şəklində müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi, eləcə də digər mövzular üzrə qarşıya qoyulan tapşırıqları icra edirlər.

Bənzər yazılar

0.24092507362366