Azərbaycanda daha 225 nəfər COVID-19-a yoluxub, 14 nəfər vəfat edib

 11-03-2022

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 225 yoluxma faktı qeydə alınıb, 583 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 790 378 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 778 543 nəfər müalicə olunaraq sağalıb, 9 589 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 246 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 161, bu günə qədər isə ümumilikdə 6 622 919 test icra olunub.

Bundan başqa, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 22 315 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1149, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1796, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 18 178, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1192 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 224 872, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 312 204, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 800 732, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 894 880, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 217 056 təşkil edir.

Bənzər yazılar

0.23534989356995