Dünyanın ən varlı adamı bir gündə 17 milyard dollar İTİRDİ

 05-06-2022

“SpaceX” və “Tesla”-nın sahibi İlon Mask bir gündə 16,9 milyard dollar itirib.

Belə ki, “Tesla”-nın işçilərinin 10% ixtisar edilməsi haqqında Maskın qərarı mətbuata sızdırıldıqdan sonra avtoistehsalçının səhmləri 9,2% ucuzlaşıb.

Buna baxmayaraq, Mask hələ də dünyanın ən zəngin adamı olaraq qalır. Onun sərvəti 216,8 milyard dollar dəyərində qiymətləndirilir.

Mənbə: “Forbes”

Bənzər yazılar

0.20069003105164