Baş prokuror Kamran Əliyev: “Ermənilər öz təxribatçı fəaliyyətlərini dayandırmırlar”

 22-06-2023

“Bu gün Laçın Rayonu Prokurorluğunun açılışını etdik. Hesab edirəm ki, bu prokurorluğun tarixində çox mühüm hadisədir”.

Bu barədə Laçında jurnalistlərə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, prokurorluq orqanları Laçında daha əvvəl də, işğaldan azad olunduqdan sonra fəaliyyət göstərirdilər: “Amma bu gün Laçın Rayon Prokurorluğu tam heyətlə yeni binada fəaliyyətinə davam edəcək”, -deyə K.Əliyev əlavə edib.

Onun sözlərinə görə, Laçında həm Hərbi Prokurorluq, həm də mülki prokurorluq orqanları fəaliyyət göstərir: “ Artıq Laçında mülki əhalinin sayının çox olması və eyni zamanda günü gündən artması, quruculuq işlərinin aparılmasında mülki şəxslərin iştirakı burada prokurorluğun fəaliyyətini zəruri edir.  Təəssüf ki, ermənilər öz təxribatçı fəaliyyətlərini dayandırmırlar və yenə də davam etdirirlər. 

May ayının 26-da iki erməni hərbiçinin bizim sərhədi pozaraq silahlanmış şəkildə təxribat törətmək məqsədilə ölkə ərazisinə keçmələri və bizim hərbiçilər tərəfindən onların qanunsuz fəaliyyətinin qarşısının alınması, digər tərəfdən iyunun 15-də yenə də Azərbaycan sərhəd xidmətinin əməkdaşlarına heç bir əsas olmadan yenidən təxribat törədilməsi bizim bir daha diqqətli olmamızı zəruri edir”, - deyə Baş Prokuror bildirib.

Bənzər yazılar

0.15122199058533