ABŞ azərbaycanlı iş adamı Qod Nisanova SANKSİYA TƏTBİQ EDİB

 02-06-2022

ABŞ Rusiyaya qarşı sanksiyaların növbəti paketini açıqlayıb.

MillətinSəsi.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya hökumət rəsmilərinə və Rusiya Prezidenti Vladimir Putinə yaxın oliqarxlara qarşı bir sıra yeni maliyyə və diplomatik sanksiyalar tətbiq olunub.

Sanksiyalar siyahısında iş adamı Qod Nisanov və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın da adı var.

Qeyd edək ki, Qod Nisanov 1972-ci il mayın 24-də Quba rayonunun Qırmızı qəsəbəsində anadan olmuşdur.

Bakıda Maliyyə-kredit Texnikumu, sonra isə Hüquq İnstitutunu bitirmişdir. 1990-cı ildə "AST" kampaniyasında işləmişdir.

2001-ci ildə Lyublinoda şəriki Zarah İliyevlə birgə "Moskva" ticarət mərkəzini açmış, 2005-ci ildə isə "Biskvit" kompaniyasını və "Ukrayna" otelini almışdır.

2006-cı ildə isə "Avropa" otelini açmışdır. 2000-2005-ci illərdə “Doymond Katters” MMC-də çalışmışdır.

2005-ci ildən “Kiyevskaya Ploşad” holdinqin idarə heyətinin sədridir.4 iyul 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki  xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.14 yanvar 2014-cü ildə Rusiya Federasiyası Prezidentinin Sərəncamı ilə "Dostluq" ordeni ilə təltif olunmuşdur.

Qod Nisanov son dəfə Azərbaycan mətbuatının gündəminə guya Bakı Bulvarında 15 mühafizəçi ilə dolaşması ilə gəlib. Bir sıra KİV-lər bu məqam ətrafında uzaqgedən nəticələr çıxararaq, Qod Nisanovun xalqdan çoxsaylı mühafizəçilərə qorunduğunu iddia ediblər.

Qod Nisanov uzun illərdir ölkəmizdən kənarda yaşamasına baxmayaraq, Azərbaycanla Rusiya arasında əlaqələrin möhkəmlənməsində,  Rusiyadakı Azərbaycan diasporunun inkişafında müstəsna xidmətləri olan həmyerlilərimizdəndir.

Onun nəninki yalnız Rusiyada, dünyanın bir sıra ölkələrində Qarabağ həqiqətlərinin dünyada təbliği, Azərbaycanın milli maraqlarının qorunması sahəsindəki lobbiçilik fəaliyyəti hər kəsə bəllidir.

Zaman- zaman Qod Nisanovun fəaliyyətinə kölgə salmaq məqsədi ilə süni kampaniyalar təşkil edilməsinə baxmayaraq, o, Azərbaycanın təbliği naminə fəaliyyətinə bir an belə fasilə verməmişdir.

Qod Nisanov eyni zamanda Rusiyadakı azərbaycanlıların dayağı kimi də cəmiyyətə yaxşı tanışdır.

Təsadüfi deyil ki, bugünlərdə(1 iyun 2016-cı il ) Qod Nisanov  "Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. 

Bənzər yazılar

0.20253300666809