"İşğaldan azad olunan ərazilərdə qarşıda dayanan əsas məqsəd..." - Emin Hüseynov

 11-06-2023

Keçmiş məcburi köçkünlərin həsrətində olduqları doğma torpaqlarımıza qayıdışı, həm onların yaşayış şəraiti, həm də işlə təmin olunmaları Prezident İlham Əliyev tərəfindən qarşımıza qoyulan ən önəmli vəzifədir. Bu tapşırığın yüksək səviyyədə gerçəkləşməsi üçün bütün imkanlardan səmərəli istifadə olunur.

Bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəsi Emin Hüseynov "Xalq qəzeti”nə müsahibəsində bildirib.

"Əsas məqsəd isə işğaldan azad olunmuş ərazilərdə bərpa və reabilitasiya prosesinin ilk mərhələsində Füzuli və Ağdamda iki şəhər mərkəzinin və 32 kəndin yenidən qurulması, həmçinin Hadrut, Suqovuşan və Tuğda turizmin inkişafı istiqamətində nəzərdə tutulan layihələrin yüksək keyfiyyətlə, eyni zamanda nəzərdə tutulan vaxtda həyata keçirilməsidir", - deyə o bildirib.

"Hazırda Füzulidə 6 məhəllə inşa olu­nur. 38 binada tikinti-quraşdırma əməliy­yatları sürətlə aparılır. 800 ailənin həmin yaşayış sahəsinə ilin sonunadək köçürülməsi nəzərdə tutulur. Bu proses iki mərhələdə planlaşdırılır. Sentyabr ayına kimi reallaşacaq birinci mərhələdə 260 ailənin məskunlaşdırılması gözlənilir.

Ağdam şəhərində də bu proses sürətlə gedir. Burada ərazi geniş olduğu və bu səbəbdən də böyük həcmdə infrastruktur quruculuğu aparıldığı üçün məskunlaşmanın gələn ilin sonunda başlanacağı nəzərdə tutulur", - deyə o qeyd edib.

Bənzər yazılar

0.16339707374573