Rusiyanın Ukraynadakı MƏSUM QURBANLARI - VİDEO

 01-06-2022

“1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bəs necə oldu ki, 21-ci əsrdə onları bombalardan, güllələrdən və qəddar işğalçılardan qorumaq lazım gəlir?”

Bu sözləri Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko özünün “Telegram” kanalında yazıb. 

O, Rusiyanın Ukraynada başlatdığı müharibədə həlak olan uşaqlarla bağlı çox təsirli video paylaşıb.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan bəri 243 uşaq həlak olub, 446 uşaq isə yaralanıb. Ancaq bu rəqəmlər yekun deyil, belə ki, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə aktiv döyüş əməliyyatlarının aparıldığı yerlərdə bu rəqəmlərin dəqiqləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Bənzər yazılar

0.19791793823242