Azərbaycanlı qadın güləşçidən rəqibinə qarşı “fair play” - VİDEO

 10-03-2022

Azərbaycan idmançısı Elnurə Məmmədova Bolqarıstanın paytaxtı Plovdiv şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında “fair play” hərəkəti ilə diqqət çəkib.

Oxu.Az-ın xəbərinə görə, 55 kq çəki dərəcəsində çıxış edən Elnurə ilk görüşündə – 1/4 finalda Slovakiya güləşçisi Mariya Martinçukla qarşılaşıb.

Güləşçimiz 4:3 hesabda öndə olduğu vaxt rəqib zədələnib. Həkimlərin müdaxiləsindən sonra Mariya Martinçuk güləşməyə başlayıb. Lakin hesab 10:3 olanda rəqib yenidən həmin yerdən zədə alıb. Rəqib güləşə bilmədiyindən qələbə idmançımıza verilib.

Elnurə isə “fair play”ə imza atıb. Hakimin iki dəfə icazə verməməsinə baxmayaraq, o sonda zədəli rəqibini güləş döşəyindən kürəyində çıxarıb.

Qeyd edək ki, Elnurə Məmmədova yarımfinalda moldovalı Mixaela Samoilə heç bir şans tanımayıb – 11:4. Finala yüksələn Məmmədova bu gün rumıniyalı Andrea Ana ilə həlledici qarşılaşmaya çıxacaq.

Bənzər yazılar

0.22226810455322