ÇL finalında GECİKMƏ: Tıxac startı təxirə SALDI

 28-05-2022

UEFA Çempionlar Liqasının final matçının startı daha da gecikəcək.

Bununla bağlı UEFA-dan məlumat verilib.

Bildirilib ki, matçın start vaxtı 23:36 olaraq təyin edilib.

Qeyd edək ki, bu gün UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün ən güclüsünün adına aydınlıq gələcək.

Fransanın paytaxtı Parisdə keçiriləcək həlledici matçda İspaniya nəhəngi “Real”la İngiltərənin “Liverpul” komandası qarşılaşacaq.

Bu oyun “Liverpul” üçün revanş görüşü də sayıla bilər. Yurgen Kloppun komandası 2018-ci ildə baş tutan Çempionlar Liqasının final matçında da “kral klubu” ilə qarşılaşmış və 1:3 hesablı məğlubiyyətə üzülmüşdü.

Qarşılaşma Fransadakı “Stade de France” arenasında keçiriləcək.

Çempionlar Liqası
Final
28 may
23:00 “Liverpul” (İngiltərə) – “Real” (İspaniya)

Baş hakim: Klemen Turpin (Fransa)
Fransa. “Stade de France”

“Liverpul”: Alisson Bekker, Trend Aleksandr-Arnold, İbrahima Konate, Vircil van Dayk, Endi Robertson, Fabinyo, Cordan Henderson, Tyaqo Alkantara, Luis Diaz, Muhammed Salah, Sadio Mane

“Real”: Tibo Kurtua, Dani Karvaxal, Eder Militao, David Alaba, Eduard Mendi, Kazemiro, Toni Kroos, Luka Modriç, Federiko Valverde, Vinisius Junior, Kərim Benzema

Bənzər yazılar

0.20672082901001