Fərid Cəfərov nazir müavini təyin edildi

 13-05-2023

Bu gün Prezident İlham Əliyev Fərid Cəfərovu Azərbaycan mədəniyyət nazirinin müavini təyin edib.

Fərid Cəfərov 1982-ci il iyunun 6-da Mingəçevir şəhərində anadan olub.

O, 1999-cu ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə (beynəlxalq hüquq ixtisası üzrə) daxil olub.

2003-cü ildə bakalavr təhsilini yekunlaşdırıb. 2005-2007-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində (“beynəlxalq hüquq” ixtisası üzrə) magistr pilləsi üzrə təhsil alıb.

2006-cı il oktyabr ayında Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin referenti vəzifəsinə təyin olunub.

2007-ci ildə Xarici İşlər Nazirliyinə işə qəbul ilə əlaqədar keçirilmiş test imtahanlarından müvəffəqiyyətlə keçərək, Azərbaycan Diplomatik Akademiyasında kurslarda iştirak edib.

2008-ci ilin yanvar ayında XİN-in attaşesi, eyni ilin oktyabr ayında isə AR-in BMT yanında Daimi Nümayəndəliyinin (Nyu-York şəhəri) attaşesi vəzifəsinə təyin olunub.

2014-cü ilin yanvar ayında Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin II katibi vəzifəsinə təyin olunub.

2014-cü ilin oktyabr ayında Heydər Əliyev Mərkəzinin Humanitar və sosial layihələr departamentinin aparıcı mütəxəssisi, 2016-cı ilin iyun ayında isə baş mütəxəssisi vəzifəsinə təyin olunub.

2017-ci ilin yanvar ayında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

13 mart-2018-ci ildə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru təyin olunub.

Bənzər yazılar

0.18821716308594