Ömürlük cəza alan iş adamı 22 il sonra AZADLIQDA

 28-05-2022

ömürlük azadlıqdan məhrum edilmiş iş adamı Şəmsi Səmədzadə 22 il sonra əfv edilib.

MillətinSəsi.info xəbər verir ki, o, az öncə saxlanıldığı cəzaçəkmə müəssisəsindən buraxılıb.

Şəmsi Səmədzadəyə müvafiq arayış təqdim olunduqdan sonra evinə yola salınıb. 

O, 23 ildən sonra Qobustan qapalı həbsxanasından azadlığa buraxılıb.

Mediada həbsini Azərbaycanın sabiq Baş Prokuroru Zakir Qaralova şillə vurması ilə əlaqələndirilir.

İş adamı ilk işinin Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanı ziyarət olduğunu deyib.

Qeyd edək ki, Şəmsi Səmədzadə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2000-ci il 29 dekabr tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi. 

Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış sahibkar olub. 

 

Bənzər yazılar

0.20739197731018