BMT Baş Assambleyasının sədri Azərbaycan xalqını təbrik edib

 12-05-2023

ABŞ-nin Nyu-York şəhərində Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Daimi Nümayəndəliyində ümummilli lider Heydər Əliyevin büstü açılıb.

BMT Baş Assambleyasının sədri Şaba Körösi Azərbaycan xalqını ümummilli lider Heydər Əliyevin anadan olmasının yüzilliyi münasibətilə təbrik edib.

“Azərbaycan xalqını ümummilli lideri Heydər Əliyevin yüzillik yubileyi münasibətilə təbrik edirəm.

Bu əlamətdar hadisə münasibətilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Daimi Nümayəndəliyində Heydər Əliyevin büstünün açılış mərasimində iştirak etməkdən məmnun oldum”, - deyə BMT Baş Assambleyasının sədri “Twitter” hesabındakı paylaşıma qeyd edib.

 

Bənzər yazılar

0.20314478874207