Bakıda lüks avtomobilini yol polisinin üstünə sürən şəxs cəzalandırıldı - FOTO/VİDEO

 10-03-2022

Avtosfer.az xəbər verir ki, 90-TG-550 qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin sürücüsü martın 8-də paytaxtın Neftçilər prospektində (Bakı İdman Sarayanın qarşısında) əks istiqamətə çıxaraq nəqliyyat vasitəsini qarşıdan gələn maşınların üzərinə sürüb.

Ərazidə xidmətdə olan yol polisi əməkdaşı avtomobilin qarşısını kəsərkən, sürücü və sərnişin onunla mübahisə etməyə başlayıb. Qarşıda əyləşən xanım sərnişinin qərəzli hərəkətləri kamera görüntülərində aydın şəkildə əks olunub.

Onu da qeyd edək ki, Bakıda qaydaları kobud şəkildə pozan “Range Rover” sürücüsü cərimələnib. 

Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektrou Mübariz Ağayev Avtosfer.az-a açıqlamasında bildirib ki, yayılmış görüntüyə baxış keçirilib: 

“Bildirmək istəyirəm ki, martın 8-də paytaxtın Neftçilər prospektində yol hərəkəti qaydasını pozan 90-TG-550 qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin sürücüsü törətdiyi xətaya uyğun olaraq inzibati qaydada məsuliyyətə cəlb edilib”.

Həmin görüntüləri təqdim edirik:

Bənzər yazılar

0.22182989120483