Küveytdə Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə film nümayiş olundu

 12-05-2023

Küveyt Dövlət Televiziyasının ərəb dilində yayımlanan “KTV 1” kanalının “Küveyt, sabahın xeyir” proqramında ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC tərəfindən ərəb dilində dublyaj edilmiş sənədli film yayımlanıb.

Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, reportajda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edildiyi vurğulanıb. Ümummilli lider Heydər Əliyevin həm də müasir Azərbaycanın memarı və qurucusu olduğu küveytli izləyicilərin diqqətinə çatdırılıb.

Reportajda SSRİ dağıdıldıqdan sonra müttəfiq respublikaların, o cümlədən Azərbaycanın da 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdiyi vurğulanır.

Eyni zamanda, Azərbaycan ilə Küveyt xalqlarını və dövlətlərini sıx tarixi, mədəni və dini tellərin bir-birinə bağladığı, iki ölkə arasında diplomatik əlaqələrin 1994-cü ildə qurulduğu və bu müddət ərzində 20-dən çox hökumətlərarası sazişin imzalandığı, habelə dost ölkələrimizin münasibətlərinin inkişafında ölkə rəhbərlərinin böyük rolunun olduğu xüsusilə qeyd edilir.

Bununla yanaşı, videomaterialda Azərbaycan və Küveytin həm ikitərəfli əsasda, həm də BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı, OPEC+ kimi təşkilatlar çərçivəsində yaxından əməkdaşlıq etdiyi, gələn il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağı, ölkə rəhbərlərinin səmimi dostluq münasibətlərinin yaxın gələcəkdə münasibətlərimizin daha da genişlənməsinə, yeni nailiyyətlərə imza atılacağına töhfə verəcəyi bildirilib.

Bənzər yazılar

0.19201612472534