Hulusi Akar: “Ermənistana deyirik ki, başqalarının suflyorluğu ilə hərəkət etməyin”

 11-05-2023

“Azərbaycan-Türkiyə birlikdə Ermənistana sülh əli uzatdılar. Biz hələ də bu sülh əlinin tutulmasını gözləyirik. Biz sülh istəyirik”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Konyada keçirilən “Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təlimləri çərçivəsində baş tutan brifinqdə deyib.

Onun sözlərinə görə, Türkiyə, Azərbaycan, Ermənistan barışığa girsələr, sonra Gürcüstan, İran, Rusiya da qoşulsa, Qafqazda sülh və sabitlik mühiti yaranacaq.

“Bu hər kəsin xeyrinədir. Bunu izah etməyə çalışırıq. Biz Ermənistana deyirik ki, özünüz olun, başqalarının suflyorluğu və gizlin gələn bəzi təkliflərilə hərəkət etməyin. Düşünürük ki, bu regionun şərtlərinə, coğrafiyasına uyğun hərəkət etsələr, regiona və özlərinə daha çox faydalı olar. Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığın inkişafı vacibdir.”, - deyə o bildirib.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar çıxışında birgə təlimlərin keçirilməsini yüksək qiymətləndirdiyini qeyd edib.

Hərbi əməkdaşlığın inkişafının vacibliyini bildirən H.Akar bu təlimlərin hərbçilərin təcrübə qazanması üçün çox vacib olduğunu, hərbi əməkdaşlığın xalqlarımız və ölkələrimizin təhlükəsizliyinə və bölgədəki sabitliyə yönəldiyini xüsusi vurğulayıb.

Hər iki nazir təlim iştirakçıları tərəfindən yüksək peşəkarlıq və bacarıq nümayiş etdirildiyini, həmçinin qarşıya qoyulmuş tapşırıqların müvəffəqiyyətlə yerinə yetirildiyini yüksək qiymətləndirərək iştirakçılara hərbi xidmətlərində daha böyük uğurlar arzulayıblar.

Mənbə: Hürriyet

Bənzər yazılar

0.17187309265137