İtaliyalı hücumçu toqquşan maşınlara minərək Lunaparkda ƏYLƏNDİ - VİDEO

 28-05-2022

“Adana Dəmirspor”un italiyalı hücumçusu Mario Balotelli əyləncə parkında toqquşan maşınlara  minərək əylənib.

“Hatayspor”un forvardı Ayoub El Kaabi ilə eyni sayda qola malik olan hücumçu Spor Toto Super Liqasında 18 qolla ikinci yerdədir. Türkiyəni tərk etməzdən əvvəl Lunaparka gedən Mario Balotellinin əyləncəli anları kameralara əks olunub.

Toqquşan maşınlara və müxtəlif atraksionlara minən hücumçu parkda əyləncəli zaman keçirib.

Mənbə: Haber Global

Bənzər yazılar

0.2089569568634