Rusiyada yerlilərlə misirlilər ayaqyoluna görə bir-birilərini tava ilə DÖYDÜLƏR

 28-05-2022

Rusiyanın Kaluqa vilayətində ruslarla misirlilər arasında kütləvi dava olub. Bu barədə “Baza Telegram” kanalı yazıb.

Hadisə mayın 26-da axşam saatlarında Puçkovo kəndindəki Bauman İnstitutunun yataqxanasının yaxınlığında baş verib. Ümumilikdə davada 30-a yaxın misirli və 20 rusiyalı iştirak edib.

Davaya səbəb rusiyalıların əcnəbilərin səs-küyündən və ayaqyolunu daim tıxamalarından narazılıqları olub.

Münaqişə yataqxanada başlasa da, daha sonra küçədə davam edib. Tərəflər bir-birini spatula, borur və tavalarla döyüblər.

Nəticədə polis 18 nəfəri saxlayıb, daha dörd nəfər isə xəstəxanaya aparılıb.

Mənbə: Gazeta.ru

Bənzər yazılar

0.20800304412842